Kompüterin giriş, çıxış və yaddaş qurğuları.
Əlavə qurğular

Skaner

Görüntü skanerləri
Görüntü skanerləri görüntüləri kompüterin yaddaşında saxlamaq üçün elektron formaya çevirir.

Ştrix-kod skanerləri
Ştrix-kod skanerləri malların üzərinə vurulmuş ştrix cizgiləri (məsələn, mağazalarda) oxuyur.

Maqnetik skanerlər
Maqnetik skanerlər kredit kartlarının arxasında olan kodlaşdırılmış informasiyanı oxuyur.
Printer

Matrisli printer
Matrisli printerlədə görüntünü iynələr dəsti rəngləyici lent vasitəsilə kağıza vurur. Çapın keyfiyyəti iynələrin sayından asılıdır.
Şırnaqlı printer
Şırnaqlı printerə ona görə belə deyilir ki, rəngli boya kiçik kanallar vasitəsilə kağız üzərinə püskürdülür. Rəngli boya qutularda olur, qutular hərəkət edən yazan başlıq üzərində yerləşir. Bəzən boya qutusu kənarda qoyulur və borular vasitəsilə başlığa qoşulur.
Lazerli printer
Lazer printerdə nə lent, nə də rəngli boya olmur, rəngli boyanın qurudulmuş toz halı olur. Lazer printerlərdə kseroks texnologiyası tətbiq edilir. Çap prosesi bu cür gedir - üzəri fotopərdə ilə örtülü olan baraban fırlanır, barabanın içərisində elektrik kabeli elektrik cərəyanı keçirir və bu cərəyan barabanın səthinə yayılır, eyni zamanda lazer qurğusu barabanın üzərinə şüa salır və orada lazım olan təsvir yaranır, sonra toner bu elektron təsvirə yayılır, bununla bərabər kağız barabana tərəf hərəkət edir və onunla toxunaraq boyanı özünə çəkir, sonda kağız yüksək temperaturdan keçərək üzərindəki boya qurudulur.

Plotter
Plotter - lüğətdə qrafika yaradan kimi tərcümə olunur, geniş ölçülü mətnlərin, şəkillərin, qrafikanın, çertyojun çap olunması üçün qurğudur.

Səsucaldan
Səsucaldıcılardan -Səs informasiyası auditoriyaya ötürmək üçün istifadə olunur.
Mikrofon
Mikrofondan-Səs informasiyasını kompüterə daxil etmək üçün istifadə olunur.
Proyektor
Proyektor kompüterin ekranındakı informasiyanı lövhəyə proeksiya edən qurğudur.
Coystik
Əsasən oyunlarda, gəmi, vertolyot, təyyarə və s. simulyatorlarında maşını idarə etmək üçün istifadə olunur.

Modem
Modem-Analoq siqnallarını rəqəm siqnallarına və rəqəm siqnallarını analoq siqnalına çevirən qurğudur.

Dicitayzer
Dicitayzer- Kompüterlə birləşdirilir və onun vasitəsi ilə monitorda yazı yazmaq olur. Qələmlə monitorda “yazdıqda” qələmin ucundakı fotoelement vasitəsi ilə onun olduğu nöqtənin parlaqlığının dəyişməsi qeyd olunur və xüsusi proqram təminatı onun koordinatlarını hesablayır. Sonra lazım olan əməliyyatı icra edir. Qrafik informasiyanı +/-0,5, +/-0,25 mm və daha cox dəqiqliklə ekrana çıxarır. Hal hazırda Şüalı qələmlə yazıla bilən displeylər istehsal olunur.

Kamera
Veb kamera-Video görüntünü kompüterə ötürən qurğudur.
Qulaqcıq
Qulaqcıqdan-Audio məlumatları dinləmək üçün istifadə olunur
Əsas qurğular
Monitor
İnformasiyanı ekranda əks etdirən qurğudur. Monitorlar ağ- qara (monoxrom) və rəngli olur. Rəngli görüntü üç əsas rəngin –qırmızı, yaşıl və göy rəngin qarışığından alınır. Ekranda istənilən görüntü piksel adlanan nöqtələr yığınından ibarət olur. Ekranın üfüqi və şaquli istiqamətlərdə nöqtələrinin sayı ekranın çözümlülüyünü müəyyən edir. Ekranın ölçüsü dedikdə onun eni və hündürlüyü deyil, dioqanal üzrə ölçüsü əsas götürülür. Bu ölçü düym ilə ifadə olunur. 1 düym= 2.54 sm
Elektron şüa borulu ( CRT – Cathode Ray Tube ) monitor.
CRT monitorların əsas elementi elektron şüa borusudur. Bu elektron şüa borulu televizorlarla eyni prinsipdə işləyir. Borunun içərisi lyuminofor adlanan materialla örtülüb və içərisində elektron dəstələri vardır. Lyuminofor qatı tridalardan təşkili olunub. Triadalara 3 nöqtədən ibarət elementlərdir. Bu üç nöqtə qırmızı (Red) , yaşıl (Green) və mavi (Blue) rəngi əks edən elementlərdir. Borunun dar ucunda elektron topu (elektronlar mənbəyi) yerləşir. Bunlar şüalar buraxır. Həmin şüalar triadaların üzərinə lazımi intensivlikdə düşərək lazımı rəngi verir. Məsələn ağ rəngi vermək üçün RGB(255,255,255) olmalıdır, yəni qırmızı, yaşıl və mavi elementlər maximum intensivliyə malik olur və ağ rəngi verir. Qara rəng üçün RGB(0,0,0).
 Beləliklə hər pixelə bir triada uyğun gəlir və pixelin rəngi triadanın elementlərinə düşən intensivlikdən asılıdır.
LCD (Liquid Crystal Display – Maye Kristallı Displey)
Bu ekran iki təbəqədən ibarətdir. Həmin təbəqələrin arasında sterjinşəkilli molekullar yəni maye kristallı qarışıqlar vardır. Kristalla işığı şəkildə göründüyü kimi polyarizatorlardan keçirirlər. Elektrik cərəyanı mayedən keçəndə kristalları bir istiqamətdə yönəldir. Nəticədə kristallar işığı polyarlaşdıran müstəvi qatları şəkildə göründüyü kimi döndərir.
Nəticədə işıq buradan keçə bilmir və həmin hissə tünd rəngdə boyanır.
LCD ekranlarda cəmi 64 rəng çaları yaratmaq mümkündür. CRT ekranda isə 256. Və hər pixeldə 3 element Qırmızı, Yaşıl, Mavi (RGB) olarsa hər element 64 rəng çaları yarada bilər və 64*64*64=262 144 sayda rənglərdən alınan kombinasiyadan birini almaq olar.
CRT ekranlarda isə 256*256*256= 16 777 216 sayda olur.
LCD ekranlarda “təsviri” insan gözünün rahat görməsi üçün parlaqlığı artırmaq üçün elementlər yerləşdirirlər (backlight).
Sistem bloku
Video kart
Videokart ( həm də ekran kartı, qrafik hazırlayıcısı, qrafika kartı kimi də tanınır) şəkil göstəricisi, monitor çıxışını təmin edir.

Sərt disk
kompüterlə iş zamanı istifadə olunan informasiyanın (əməliyyat sisteminin proqramlarının, ən çox istifadə olunan tətbiqi proqramlar paketinin, sənəd redaktorlarının, proqramlaşdırma dillərinin translyatorlarının və s.) daimi saxlanılması üçün istifadə olunur.
Audio kart
Səs kartları analoq və digital (rəqəmsal) səs çevrilmələrini işləyir. Səs ucaldanlar, mikrofonlar, səsyazma və oxutma proqramları da komputerdə səslərin dinlənilməsi və yazılması üçün lazım olan komponentlərdəndir. Səs ucaldanlar analoq siqnalları fiziki mühitə yaymaq, mikrafonlar isə fiziki mühitdəki səs dalğalarını analoq siqnallara çevirərək komputerə ötürmək üçün istifadə olunur.

Ana lövhə
Ana lövhə fərdi kompyuterin əsas lövhəsi adlanır. Bütün kabellər və kartlar bura qoşulduğundan ana kart adı almışdır. Ana kartı çox vaxt markası, ya da üstündəki çipsetlərin adı ilə adlandırılır.Anakart əsasən Pentium kompyuterləri çıxdıqdan sonra böyük dəyişikliklərə məruz qalmışdır.

RAM
Əməli yaddaş qurğusu (ingiliscə, Random Access Memory – RAM) – ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər həm oxuna, həm də yazıla bilir.
Prosessor
MİKROPRESOSSOR- Kompüterlərin əsas hissəsi (“beyni”) mikroprosessordur. Mikroprosessor bir neçə santimetr ölçüdə elektron sxemi olub, kompüterə daxil olan informasiyanın hesablanmasını, emalını və təhlilini, həmçinin müxtəlif əməliyyatları saniyənin milyonda bir hissəsində yerinə yetirilir. Mikroprosessor verilənlərin emalını, ötürülməsini və xarici qurğuların idarə edilməsini təmin edən fərdi kompüterin əsas qurğusudur. Mikroprosessorun əsas səciyyəvi xüsusiyyəti işçi gərginliyi, takt tezliyi, takt tezliyinin daxili çoxaltma əmsalı, keş- yaddaşının tutumu və dərəcəliliyidir (takt tezliyini bəzən kompüterin və mikroprosessorun sürəti də adlandırırlar). TAKT TEZLİYİ = 1 saniyədə elementar əməliyyatların sayı (takt) [Hz, MHz, GHz]
Klaviatura
Funksional klavişlər
Kursorun idarəolunması klavişləri
Yardımçı rəqəm klavişləri
Xidməti klavişlər
Hərf rəqəm lavişləri
Siçan
Siçan qurğusundan-Kompüterə müəyyən komandalar vermək üçün istifadə olunur.